13-24 may tarixlərində keçiriləcək 62-ci Kann Film Festivalının rəsmi proqramı açıqlanıb. Festivalın builki jüri sədriliyini fransız aktrisa İzabel Happert (Isaballe Huppert) yerinə yetirəcək. Keçən il “3 meymun” filmi ilə ən yaxşı rejissor mükafatını alan Nuri Bilge Ceylan da jüri üzvləri arasındadır. Festival Piter Dokterin (Peter Docter) müsabiqədənkənar “La-haut” filmi ilə açılacaq, Jan Kouenenin (Jan Kouhehe) “Koko Şanel və İqor Stravinski” (Coco Chanel et Igor Stravinsky) filmi ilə yekunlaşacaq. Festivalda Qaspar Noe, Kuentin Tarantino, Ken Loaç, Lars fon Trier, Maykl Haneke, Pedro Almodovar, Ceyn Kempion, Enq Li və başqa məşhur rejissorların son filmləri nümayiş olunacaq.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar