Qazaxda M.V.Vidadinin 300 illik yubileyinə hazırlıq işləri görülür. Yazıçılar Birliyinin Qazax zona filialı və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkil edəcəyi yubiley tədbirinə Mədəniyyət və Turizm Nazirliyinin 30 əməkdaşı dəvət olunub. Bu haqda Yazıçılar Birliyinin Qazax zona filialının direktoru Barat Vüsal məlumat verib. Onun sözlərinə görə, M.V.Vidadinin 300 illik yubileyi ümumrayon tədbiri kimi qeyd ediləcək.
Tədbirə respublikanı təmsil edən çoxsaylı qonaqlar, mədəniyyət və ədəbiyyat nümayəndələri də qatılacaq. Qeyd edək ki, Qazax rayonunda Mehdi Hüseyn və İsmayıl Şıxlının yubileylərinin keçirilməsi də nəzərdə tutulub.