Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) sifarişi ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə (1141-1209) həsr edilmiş “Nizami: daxili aləm” adlı sənədli film çəkilib.

Dekabrın 23-də Beynəlxalq Muğam Mərkəzində filmin təqdimat mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, digər rəsmilər, tanınmış elm və mədəniyyət xadimləri, filmin yaradıcı heyəti və başqa qonaqlar iştirak ediblər.

Əvvəlcə ekran əsəri haqqında məlumat verilib. Qeyd olunub ki, Mədəniyyət Nazirliyi tərəfindən Nizami Gəncəvi yaradıcılığının əbədiləşdirilməsi və beynəlxalq səviyyədə daha geniş təbliğinə töhfə vermək məqsədilə film sifarişi edilib. Beynəlxalq auditoriya üçün nəzərdə tutulan ekran işi ingilis dilində lentə alınıb.

Sənədli filmdə görkəmli tarixçilər, ədəbiyyat və mədəniyyət xadimlərinin böyük şairin zəngin yaradıcılığı haqqında fikirləri yer alıb. Film Azərbaycan dilində alt yazı ilə təqdim olunur.

Filmin ssenari müəllifi Kristina Lin Morelli, rejissoru və prodüseri Atakan Kerküklü, operatorları Miya Lusia Keyhli Padcet və Ceremi Stefan Fut, montaj redaktoru Bahəddin Dastandır.

N.Məmmədli