12 mayda Şəhriyar adına Mədəniyyət Sarayında “Azərbaycan ailəsi” qısametrajlı filmlər festivalının bağlanış mərasimi keçirilib. Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Artist” prodakşn və BMT-nin Əhali Fondu tərəfindən təşkil edilən festivala 26 film təqdim edilib. Festivalın keçirilməsində məqsəd dövlətin ailə siyasətini işıqlandırmaq, ictimaiyyətin diqqəti və səylərini ailənin cəmiyyətdəki statusunun qaldırılmasına yönəltmək, eləcə də ailənin tərbiyəvi funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaqdır. Festival Azərbaycan prezidentinin sərəncamı ilə elan olunmuş “Uşaq ili” çərçivəsində keçirilib. Tədbirdə ailə-məişət mövzusunda çəkilən filmlərdən ən yaxşıları seçilərək mükafatlandırılıb. Mükafatçılara pul, noutbuk və diplomlar verilib.
Festivalın qalibləri:
1-ci yer: “Ailə şəcərəsi” (2009, 15`, rej: Firuzə Nadir)
2-ci yer: “Kənar” (2007, 8`, rej: Murad Muradov)
3-cü yer: “Qocalar” (2009, 33`, rej: İsmayıl Məmmədov, Fariz Əhmədov)
Xüsusi mükafatlar:
“Satılmiş həyat” (2008, 20`, rej: Elnur Əliyev) - Daxili İşlər Nazirliyinin xüsusi mükafatı
“Mən tənha deyiləm” (2007, 26`, rej: Nəsimi Əliyev) - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi mükafatı
“Hədəf” (2009, 11`, MİR-in istehsalı, rej: Ceyhun Məmmədov) - Gənclər və İdman Nazirliyinin xüsusi mükafatı
“Xoşbəxt olun” (2009, 28`, “MOTOR”un istehsalı, rej: Yusif Quliyev) - Mədəniyyət və Turizm Nazirliyinin xüsusi mükafatı
“Hədiyyə” (2009, 5`, R.İbrahimbəyovun Beynəlxalq Kino Məktəbinin istehsalı, rej: Gülçin Özer) - İnternat evinin xüsusi mükafatı
“Düyün” (2008, 24`, “Dərviş” Prodüser Mərkəzinin istehsalı, rej: Əli İsa Cabbarov) - Milli Televiziya və Radio Şurasının xüsusi mükafatı.
Aytək