Ey, ol vaxtı görən məsud, unutma bizləri yad et,
   Bu yolda həsrət ilə jan verən əhbabı tədad et…
   M. Hadi

   
   “Mən həyatımın sonuna qədər uğursuz olajağına jojuqluğumun ilk dövründən inanıb, qəlbimdə qəm kitabı daşıdım". Bu il Azərbayjan ədəbiyyatının öndər yazarlarından biri olan, həmçinin yuxarıdakı sətirlərin müəllifi Yusif Vəzir Çəmənzəminlinin anadan olmasının 122 ili tamamlanır. Doğum tarixi 1887-ji il, 12 sentyabr, Şuşa şəhəri. Dünyaya gəldiyi ailə, atanın nüsxəbəndlikdən qazandığı gəlirlə güzəran keçirir. Hamı kimi Yusif Vəzir də ilk təhsilinə molla məktəbində başlayır. Əvvəl Şuşa realnı, sonralar isə Bakı realnı məktəbində təhsilini davam etdirir. Daha yaxşı təhsil almaq üçün Daşkənd gimnaziyasına üz tutur. Bu dönəmlərdə Çəmənzəminli rus dilini mükəmməl öyrənir, hətta bu dildə şeirlər yazır. Yusif Vəzir gənj yaşında yazdığı hekayələrlə özünü yazar kimi təsdiq etməyi bajarır. "Şaqqulunun xeyir işi" onun ilk hekayəsidir. Çəmənzəminlinin yazıları mətbuatda çap olunur. "Hətərən-pətərən" başlıqlı felyetonları ilə "Molla Nəsrəddin" curnalında "Sərsəm" imzası ilə çıxış edir. 1910-1915-ji illərdə Kiyev Universitetinin hüquq fakültəsində oxuyur. İki il sonra burada Müsavat partiyasının sıralarına daxil olmaqla yanaşı, tələbələrin Türk Federalist Komitəsinin başqanı seçilir. 1919-ju ildə Azərbayjan hökuməti Yusif Vəzirə İstanbulda konsul vəzifəsini təklif edir. Ədibin yaradıjılığında önəmli yer tutan "Studentlər" romanında millətçilik ruhu axtaran Azərbayjan Yazıçılar İttifaqı onu öz sıralarından xarij edir. Maddi-mənəvi sıxıntılar yaşayan yazıçı Özbəkistanın Urgənj şəhərinə üz tutur. Talesizlikdən o, burada da öz rahatlığına qovuşa bilmir. 1937-38-ji illərdə repressiyaya uğrayan məmləkət övladları, say-seçmə elm və mədəniyyət xadimləri verdikləri ifadədə Yusif Vəzirin də adını çəkirlər. Buna dayanan istintaqçılar 1940-jı ilin yanvar ayının 25-də yazarın həbs olunması qərarının çıxarılmasına nail oldular. İki gün sonra Çəmənzəminli, müəllim işlədiyi Urgənj Pedaqoci İnstitutunda həbsə alınıb Bakıya gətirilir. 1937-ji ilə qədərki tərjümeyi-halını təftişə başlayırlar. 1940-jı il fevralın 26-da ədibin ittihamı ilə bağlı qərar qüvvəyə minir. Suçlu duruma salındığı müddəalar isə bunlar olur:
   -1919-ju ildə Müsavat hökumətinin konsulu vəzifəsində işləyərkən ingilis-fransız və türk təşkilatları ilə əlaqədə olmuşdur.
   - fəal, peşəkar müsavatçı kimi qeyri-leqal Müsavat təşkilatının rəhbər özəyinə məxsus olmuş və 1927-ji ildə müsavatçılarla milli təmayülçülərin yaratdıqları antisovet blokuna keçmişdir.
   - öz həmfikirləri arasında müntəzəm olaraq əksinqilabi millətçilik təşkilatının tərkibinə daxil olmuş, yəni Azərbayjan SSRİ-nin Jinayət Məjəlləsinin 73-72-ji maddələrində nəzərdə tutulan jinayətlərdə ittiham olunur.
   "Mənə verilən 3 maddədən ibarət ittihamlar ağ yalandır. Mən özümü günahkar hesab etmirəm" - Bu, Yusif Vəzirin ittihamlardan sonra yazıb imza qoyduğu jümlədir. Çıxarılan ittiham qərarı sonujunda yazıçı 1931-ji ildə Azərbayjanda fəaliyyət göstərən əksinqilabi Müsavat təşkilatına daxil olmasına və pantürkist millətçi təbliğatı aparmasına görə günahkar sayılır. Jəmənzəminlinin əksinqilabi təşkilata üzvlüyü ilə əlaqədar ifadəni neft institutunun dosenti Şahsuvarov və Bəkir Çobanzadə vermişdir. 1937-ji il iyulun 27-də Çobanzadə Azərbayjanda əksinqilabi təşkilatlar və elm jəbhəsində əksinqilabi iş barədə istintaq olunur və bu istintaqda Bəkir Çobanzadə Yusif Vəzir haqqında ifadə verir. Onun Türkiyə və Almaniya təşkilatları ilə əlaqələrindən danışır. 1940-jı il yanvarın 27-də Yusif Vəzir 8 il müddətinə islah əmək düşərgəsində həbs jəzasına məhkum edilir. Yusif Vəzir yazdığı ərizə ilə müstəntiqə mürajiət edir: "Xahiş edirəm mənim əmanət kitabçamı həyat yoldaşıma çatdırılmasına ijazə verəsiniz. Çünki ailəm iki aydan artıqdır ki, kənardan heç bir maddi kömək almır". Yusif Vəzirin sürgündəki vəziyyətindən Kərbəlayi Əhməd adlı bir siyasi məhbus xəbər verir: "1953-jü ildə sabiq Qorki vilayətinin Suxobezvodnaya kəndində siyasi məhbuslar içindəydim. Nəzarətçi Lyubov İlyuşina adlı 45-50 yaşlarında rus qadın 1940-jı illərin əvvəllərində əri ilə dustaq düşərgəsində işləməyə gəlibmiş. O, mənim qafqazlı olduğumu biləndə Yusif Vəzir barədə danışdı. Qadının əri daxili mühafizə batalyonunda çalışırmış. Həmin ilin qışında Qafqazdan bir dəstə dustaq gətirirlər. Yusif Vəzirin şəxsi işi ilə tanış olan nəzarətçi, dustağın altı dil bildiyini öyrənəndə maraqlanır və fransızjanı öyrənməyə çalışan əri üçün bunun faydalı olajağını düşünür. Zabit, Çəmənzəminlinin arvadının işlədiyi şöbəyə xidmətçi götürülməsinə nail olur. Yusif Vəzir sobanı yandırıb, otaqları silib süpürürmüş. Hər halda 45 dərəjə soyuqda meşədə odun qırmaqdan bu daha yaxşı imiş. 1942-ji ilin qışında Çəmənzəminli xəstələnir, uzun müddət düşərgə xəstəxanasında qalır. Bir il müddətində gah babatlaşıb baraka qayıdır, gah da xəstəxanada yatır. Nəhayət, onu qəsbənin kənarındakı əlillər evinə köçürürlər. Az sonra vəfat edir. Onu kənddən 3-4 km aralıda Betluqa çayının kiçik qolu olan Unca çayı sahilindəki dustaq qəbiristanlığında dəfn edirlər. Müharibə, ajlıq və ağır iş recimi Yusif Vəzirin ölümünü tezləşdirir. Onun Lyubov İlyuşina tərəfindən gizlədilmiş əlyazmaları tövlədə uzun müddət nəmişlikdə qaldığına görə çürüyür". 1956-jı ilin yayında dustaq qəbiristanlığına baş çəkmək istəyən Kərbəlayi Əhməd bataqlıqda bir-iki kilometr getdikdən sonra geri qayıdır. Çünki qəbiristanlığı, qəbirləri su basıbmış.
   SSRİ Xalq Komissarları Soveti 1934-jü ildə SSRİ məktəblərində mülki tarixin tədrisi haqqında qərar qəbul etdi. Verilən qərar tarix elminin inkişafına, araşdırılmasına, öyrənilməsinə, faktların dəqiq analizinə şərait yaratdı. Bu anlamda Çəmənzəminlinin qələmindən çıxan "Qızlar bulağı" əsəri ədəbiyyat tariximizi zənginləşdirdi. "Qızlar bulağı" Azərbayjanı ədəbiyyatında ilk tarixi-fəlsəfi romandır. Əsər tarix dərsi ilə başlayır. Ərənlər nəql etdikləri nağıllarla gənjlərə kim olduqlarını, haradan gəlib hara gedəjəklərini anladır, bir növ keçmişlə gələjək arasında körpü yaradır. Roman ibtidai toplumun məişətini, mədəniyyətini, gələnəklərini, inanjlarını tərənnümdən və təsvirdən ibarətdir. Ədibin "Qan içində" əsərinə gəlinjə, Yusif Vəzir özü ona "İki od arasında" adını vermişdir. Əsər ilk dəfə 1934-jü ildə nəşr olunur. Qarabağ xanlığının ijtimai-siyasi-mədəni əlaqələrini və durumunu özündə ehtiva edən bu roman XVIII əsrdə yaşayıb-yaradan Molla Pənah Vaqif şəxsiyyəti üzərində jəmləşmişdir. Digər yazarlardan, o jümlədən Səməd Vurğundan fərqli olaraq Çəmənzəminli tarixi gerçəkləri ön plana çəkib hadisələri əyrisi və doğrusu ilə qələmə almışdır. Əgər Səməd Vurğun Vaqifi yüksəldib, İbrahim xanı kiçildirdisə, Çəmənzəminli gerçək faktlardan tutuban sözügedən şəxsiyyətləri oxujusuna olduqları kimi təqdim etdi. Zatən sonralar Səməd Vurğun İbrahim xan obrazı ilə bağlı yazırdı: "Mən çox sevdiyim "Vaqif" əsərinin gələjək taleyini düşündüyüm zaman orada yol verdiyim bir çox tarixi təhriflər xüsusən İbrahim xan surətinin təhrifi məni çox yandırır".
   İstanbulda Çəmənzəminlinin "Azərbayjan ədəbiyyatına bir nəzər", "Azərbayjanın tarixi-joğrafi və iqtisadi ijmalı" əsərləri çap olunub. Həmçinin o, Parisdə Azərbayjan səfirliyi tərəfindən buraxılan "Paris xəbərləri" dərgisi ilə də əməkdaşlıq etmişdir.
   Dustaq qəbiristanlığının qərib sakini, nasir, pedaqoq, hekayə ustası, folklor tədqiqatçısı, ijtimai xadim, siyasi məhbus Yusif Vəzir Çəmənzəminlinin ömrünə bir nəzərdi bu yazı… Bu ömür həmişə anılajaq, bizə anladajaq - repressiya dövrünün vəhşətlərini də… insan taleyinin ajısını da…
   
   Aliyə,
   Şəkər