Rejissor Fariz Əhmədovun “Lahıc ritmləri” sənədli filmi may ayının 27-dən 31-dək Makedoniyada keçiriləcək Asterfest kinofestivalında Azərbaycanı təmsil edəcək. “Lahıc ritmləri” festivala təqdim edilən 420 film arasından seçilən 46 filmdən biridir.
   Festivalın əsas proqramına 38 ölkənin filmləri daxil edilib. Xatırladaq ki, “Lahıc ritmləri”i 2008-ci ildə “İmper Qrup” Prodüser Mərkəzində istehsal olunub. 2008-ci ilin dekabr ayında Bakıda keçirilən “Start” Tələbə Filmləri Festivalında ən yaxşı sənədli film nominasiyasında qalib seçilib. Filmin ssenari müəllifi Nərgiz Bağırzadə, operatoru Üzeyir Abbas, prodüseri Nizami Abbasdır.
   8 dəqiqəlik etnoqrafik elementlərlə zəngin filmdə İsmayıllı rayonunun Lahıc qəsəbəsində yaşayan insanların gündəlik həyatı təsvir edilib.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar