Heydər Əliyev Sarayında İlyas Əfəndiyevin “Hökmdar və qızı” faciəvi dramı əsasında Elçinin ssenarisi ilə çəkilmiş “Hökmdarın taleyi” filminin ilk geniş təqdimatı keçirildi. 
   Filmin təqdimatından əvvəl “Hökmdarın taleyi”ndə çəkilən aktyorlar səhnəyə çıxdı. Onlarla ustad dərsləri keçən və baş rolun ifaçısı, xalq artisti Fəxrəddin Manafov çıxış etdi: “Bu film 28 May - Respublika Günü və İlyas Əfəndiyevin 95 illik yubileyi ərəfəsində geniş ictimaiyyətə təqdim olunur. Film tariximizdən söz açır, tarix isə millətin tərcümeyi-halıdır. Tariximizin ağrılı səhifələri çox olub. Bu gün o səhifələri sizlərlə birgə vərəqləyəcəyik”.
   Filmdə 200-ə qədər insan çalışdığını qeyd edən xalq artisti, Müdafiə Nazirliyinin əsgər və zabit heyətinin də buraya əlavə olunacağı təqdirdə, bu rəqəmin 1000-ə çatacağını söylədi . F.Manafovun çıxışından sonra isə film nümayiş olundu.
   Qeyd edək ki, film “A.S.V.A Profi Studia XXI” Prodüser Mərkəzində istehsal olunub. “Hökmdarın taleyi” filminin çəkilişləri iki il vaxt aparıb. Filmin baş prodüseri Vaqif Əsədullayev, quruluşçu rejissorları Ramiz Fətəliyev və Dilşad Fatxulin, quruluşçu operatoru Dilşad Fatxulin, bəstəkarı isə Polad Bülbüloğludur. Filmdə xalq artisti Fəxrəddin Manafov baş rolu - İbrahim xan obrazını canlandırıb. Filmdə Məmməd Səfa, Kamran Yunus, Vidadi Həsənov, Günəş Əliyeva, Aysu Əfəndiyeva, Yuri Balıyev, Mehriban Zəki, Sənubər İsgəndərli, Manaf Dadaşov, Muxtar İbadov, Aleksandr Şarovski, Leyli Hüseynli, Əli Cəfərov, Rusiya aktyorları Daniil Spivakovski, Aleksandr Qalibin, İlya Şakunov, Tacikistan aktyoru Saydo Kurbanov və başqaları çəkiliblər.
   Film “Mosfilm”in nəzdində fəaliyyət göstərən “Ton studio”da Azərbaycanda indiyədək istifadə edilməyən “Dolbi 1/5” sistemində səsləndirilib. Xatırladaq ki, “Hökmdarın taleyi” bədii filminin kiçik miqyasda premyerası ötən ilin mayında “Azərbaycan” kinoteatrında keçirilib.   

   F.Cabir







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar