Son günlərdə nəşr olunan maraqlı kitablardan biri də, Sevinc Mürvətqızının “Sən sevgidən yuxarısan” adlı kitabıdır. Kitaba ön sözü Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid yazıb. Kitab “Vektor” BEM tərəfindən nəşr olunub. Kitabda müəllifin müxtəlif illərdə yazdığı şeirləri və hekayələri dərc olunub. Bununla yanaşı Sevinc Mürvətqızı haqqında Fikrət Sadıq, Bəhmən Vətənoğlu, Əsəd Cahangir, Əli Əmirli, Tofiq Abdin, Səlim Babullaoğlu, Qərib Mehdi, Firəngiz İdrisqızı, Fərqanə Mehdiyevanın yazdığı məqalələrə də yer verilib.