İyunun 6-da Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsərinin motivləri əsasında xalq yazıçısı Elçinin ssenarisi ilə çəkilmiş “Hökmdarın taleyi” filminin premyerası olub. Premyeradan əvvəl filmin yaradıcı heyəti tamaşaçılara müəyyən məlumat veriblər. Filmin baş prodüseri Vaqif Əsədullayev Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında çəkilən bu əsərin ekranlaşdırılmasına dövlət tərəfindən böyük diqqət göstərildiyini xüsusi vurğulamışdır. Filmin çəkiliş prosesi barədə məlumat verən Fəxrəddin Manafov bu ekran əsərinin əksər hissəsinin Şəki şəhərində çəkildiyini nəzərə çatdırmışdır. Məhz buna görə də yaradıcı heyət Bakı və Gəncədən sonra filmin növbəti təqdimatının Şəki şəhərində keçirilməsini məqsədəuyğun hesab edib. Çəkilişləri iki il davam edən bu film “A.S.V.A Profi Studia XXI” Prodüser Mərkəzində istehsal olunmuşdur.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar