Layihənin rəhbəri isə ötənilki mükafatı indi əldə edib
   
   Azərbaycanda kinematoqrafiya sahəsində nəşr olunan peşəkar kino jurnalı «Fokus» növbəti sayını oxucuların ixtiyarına verib. Məlumdur ki, jurnal saylarında müasir kinematoqrafiyanın yenilikləri ilə bərabər, klassik kino ənənələrini də yaşatmaqdadır. Jurnalın bu sayında rejissor Yavər Rzayev və müxtəlif filmlərdə ikinci rejissor kimi çalışmış Çingiz Həsənovla müsahibə dərc edilib. Jurnalın nəzəriyyə bölməsində ötən saydan peşəkar oxucuların diqqətini çəkmiş Teymur Daimi bu dəfə də yeni- «Mədəniyyət-müharibə bölgəsi kimi…» məqaləsini təqdim edib. Jurnalın ən maraqlı bölümlərdən biri də «Layihə»dir. Hər sayda bu bölümdə tammetrajlı kino ssenarisi oxucuların ixtiyarına verilir. Bu dəfə rejissor Mirsadıq Ağazadənin müəllifi olduğu və «Avanti» proqramı çərçivəsində qalib gəlmiş «Günəşin düşmənləri» ssenarisi çap olunub. İldə 4 dəfə çap olunan «Fokus» jurnalı bu gün gənc kinematoqrafçıların inkişafında aparıcı yer tutur.
   Yeri gəlmişkən, qeyd edək ki, «Fokus» kino jurnalı layihəsinin rəhbərlərindən biri, kinorejissor Əli İsa Cabbarov ötən il aldığı mükaftı indi əldə edib. Belə ki, ötən il Təbrizdə keçirilən «Rəhmət» qısametrajlı Filmlər Festivalında qalib gəlmiş «Düyün» filmi «ən yaxşı bədii film» nominasiyasında qalib gəlmişdi. Filmin ssenari müəllifi Asif Rüstəmov, Ramiz Fətəliyevdir. Baş rollarda Mehriban Zəki və Pərviz Məmmədrzayev oynayıblar. Qeyd edək ki, bundan əvvəl «Düyün» Düşənbə film festivalında da mükafat almışdı.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar