Oktyabr ayının 3-də Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Gənc Ədiblər Məktəbinin növbəti görüşü keçirildi. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid açıdı. Bu dəfə gənc ədiblərin görüşünə teatrşünas Aydın Talıbzadə gəlmişdi. Görüş maraqlı oldu. Gənc yazarlar Aydın Talıbzadəni sual yağışına tutdular. İstedadlı teatrşünas , bütün suallara mümkün qədər konseptual cavablar verdi. Görüşün sonunda gənc yazarların şeirləri dinlənildi. Gənc Ədiblər Məktəbinin üzvü kimi tam səmimi deyirəm ki, Aydın Talıbzadə ilə görüş əvvəlki görüşlərdən daha maraqlı oldu.
   
   Fərid