Onun haqqında çəkilmiş «Narahat adam» sənədli filmi nümayiş olundu
   
   İyulun 1-də Muzey Mərkəzində Azərbaycanın tanınmış, istedadlı kinorejissoru Əjdər İbrahimovun 90 illiyi ilə bağlı tədbir keçirildi. 
   Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev də iştirak edirdi. Mərasimi giriş sözü ilə Dövlət Film Fondunun direktoru Cəmil Quliyev açaraq, Əjdər İbrahimovun yaradıcılığından, onunla bağlı xatirələrindən danışdı.
   Əjdər İbrahimovla birgə işləmiş rəssam Rafis İsmayılov, operator Rafiq Qəmbərov, Nizami Abbas və Aydın Kazımov onunla bağlı xatirələrini bölüşdülər. Onlar da öz növbəsində mərhum sənətkarla işlədikləri filmlərdən, Ə.İbrahimovun onlara qarşı insani münasibətindən, böyük redjissorun iş prosesindən söhbət açdılar.
   Çıxış edənlər qeyd etdilər ki, Əjdər İbrahimov öz xalqını sevən, vətənpərvər rejissor olub. Doğrudan da, onun yaradıcılığına diqqət yetirsək, görərik ki, Ə.İbrahimovun çəkdiyi "Bir məhəlləli iki oğlan, "26 Bakı komissarı", "Ulduzlar sönmür" və başqa filmlərdə Azərbaycan tarixinin müəyyən hissəsi öz əksini tapıb. Çıxış edənlər arasında mərhum sənətkarın xanımı Marqarita Maleyeva da var idi. O, istedadlı rejissora yüksək səviyyədə diqqət yetirdikləri üçün Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür etdi. Əjdər İbrahimovla bağlı xatirələrindən söz açan Marqarita xanım həyat yoldaşının yüksək insani hisslərə malik rejissor olduğunu da vurğuladı.
   Tədbirin sonunda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Nizami Abbasın rejissoru və operatoru olduğu «Narahat adam» sənədli filmi nümayiş olundu.
   Filmdə Əjdər İbrahimovun keçmiş sovetlər birliyinin müxtəlif kinostudiyalarında çalışması, Vyetnam kinosunun yaranmasındakı xidmətləri də öz əksini tapmışdı.
   
   Cabir






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar