2007-ci ildən çəkilişlərinə başlanan “Cavad xan” filmi nəhayət ki, kinosevərləri sevindirəcək. Belə ki, filmin prodüseri Heydər Dadaşovun qəzetimizə verdiyi məlumata əsasən “Cavad xan” filmi bu yaxında Kino günümüzə hədiyyə olaraq Heydər Əliyev Sarayında nümayiş etdiriləcək. Məlumat üçün onu da qeyd edək ki, ssenarisi Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” adlı romanının motivləri əsasında yazılan filmin quruluşçu rejissoru Rövşən Almuradlı, quruluşçu operatoru Məhəmməd Məcidi, quruluşçu rəssamı isə Rafiz İsmayılov və Rafiq Nəsirovdur.
   Bu yaxında “Sınaq film” Prodüserlər Mərkəzinin çəkdiyi “Ölüm növbəsi” filminin çəkilişləri də artıq yekunlaşmaq üzrədir. Mərkəzini baş direktoru Tofiq Musayevin verdiyi məlumata əsasən, iyulun 13-də artıq filmin musiqisi yazılacaq və sonra Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunacaq: “Ölüm hökmü” tragik həyati hadisələr üzərində qurulmuş bir filmdir. Ssenari müəllifi İlqar Fəhmi, rejissoru Fikrət Əliyev, quruluşçu operatoru isə Rafiq Quliyevdir. Yeganə filmdir ki, çəkilişlər zamanı heç bir problemimiz olmadı. Mənə belə gəlir ki, bu, bizim uğurlu filmlərimizdən biri olacaq. Filmi səsləndirmə üçün İrana göndərəcəyik”. Tofiq Musayev daha bir yaradıcı işlərindən, Ülviyyə Könülün rejissoru olduğu “Vəkil hekayətləri” filmindən də məlumat verərək bildirdi ki, ekran əsəri artıq hazırlıq dövründədir. İyulun 10-dan filmin çəkilişləri başlayacaq. Filmin ssenari müəllifləri Elza Şamaxinskaya, Ramiz Fətəliyev, quruluşçu operatoru isə Rafiq Quliyevdir. Baş direktor Tofiq bəy öz yeni layihələri haqqında isə : “Biz artıq bu vaxtadək 3 film çəkmişik. Hələ ki, ildə yalnız bir film çəkməyi planlaşdırırıq və bu filmimizi də yekunlaşdırandan sonra gələn ilə də yeni bir film hazırlayacağıq” söylədi.
   
   Yeganə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar