Ta qədimdən insanlarda şəkili hərəkətə gətirmək meyli olub. «Bir öküzün təsvir olunmuş 8 ayağı». Bu o demək deyil ki, qədim insanlar öküzün neçə ayağı olduğunu bilmirdilər. Sadəcə onun hərəkətdə olduğunu göstərmək istəyirdilər. Azərbaycanda cizgi filmlərinin tarixinə nəzər saldıqda görərik ki, respublikamızda ilk film 1933-cü ildə Bakıda yerləşən Kinofabrikdə ABŞ-dan alınmış texniki neft avadanlığının işləmə sistemini göstərmək üçün çəkilib. 1935-ci ildə ilk bədii animasiya filmi çəkilir. Həmin ildən 1968-ci ilə kimi Azərbaycanda animasion filmlər çəkilmir. Bu günə kimi isə bizdə 120-yə yaxın animasion film çəkilib.    

   Animasion filmin ərsəyə gəlməsi ilk baxışdan asan görünə bilər, amma əsla belə deyil. 10 dəqiqəlik filmin çəkilməsi üçün 55000-ə yaxın şəklin çəkilməsi zəruridir. Bu filmlər üç hissəyə bölünür: Cizgi, animasion və kukla filmləri. Kukla filmlərində müəyyən hərəkəti göstərmək üçün onu hərəkət istiqamətində azca tərpədib üç kadrla çəkilir. Bu cür də digər animasion və cizgi filmləri çəkilir. Animasion filmlər əvvəllər kamera ilə çəkilirdi indi kompyuterin inkişafı ilə hər şey təkmilləşir. Kameranın imkanlarını indi kompyuter əvəzləyir. Kompyuter dizaynında müəllif fantaziyasının vizuallığının imkanları məhdudiyyətsizdir. Xüsusən son vaxtlar imkanlar yaranıb ki, bütün materialları (parça, dəri və s.) fotoreallıqla hərəkətə gətirib canlandırmaq mümkündür. Kompyuter şəkilləri ilə tamaşaçı artıq sabun köpüyünü, tozu və mayeni görə bildi. İndi dünyada müxtəlif animasion filmlər çəkilməkdədir. Məsələn: «Şrek», «Nemo» və s. Tamam yeni nəsil animasiyaları yaranır. Uşaqlar indi artıq nağıla baxmaq istəmir, oyun oynamır, onları kompyuter oyunları maraqlandırır. Dünyada bu sahəyə yüksək qiymət verirlər və bunun üzərində biznes qururlar. Məsələn «Disney»də 500-700-ə yaxın animator çalışır. Demək olar ki, onlarda iri bir emalatxana bu sahə üzrə ixtisaslaşıb.
   Azərbaycanda animasiya filmləri istehsal edən «Azanfilm» də isə vəziyyət bir qədər başqadır. Burada əvvəllər 50-yə yaxın adam işləyirdi, indi isə onların sayı 7-8 nəfərdən çox deyil. Düzü, bizdə 700 animatorun çalışması mümkün deyil. Azərbaycan üçün 50 nəfər də kifayətdir. Bir də bu sahəyə özəl şəxslərin müdaxiləsi olsa, daha maraqlı işlər meydana çıxar.
   Bu sahənin gələcək nəslə ötürülməsi problemini usta-şagird münasibətlərində çözələmək mümkündür. Vaxtilə belə bir kurslar olub.
   Sovet dövründə hər birimizin xatirində yaxşı qalan «Nu, poqadi» serial tipli animasion filmlər sonradan «Tom və Ceri» ilə əvəzləndi. Əgər nə vaxtsa bizdə də belə bir personaj yaranar və baxımlı olarsa, onda belə silsilə animasion filmlər çəkilə bilər. Artıq nağıl qəhrəmanlarına müraciət etmək kifayətdir, yeni obrazlar düşünüb tapmaq lazımdır. İlk növbədə obraza imicli ad tapmaq zəruridir. Əgər qəhrəman maraqlı olmayacaqsa, filmin baxımlı alınacağına zəmanət vermək çətindir. Problem qəhrəmanın qıtlığı üzündən baş verir. Bu sahədə bizdə dramaturgiya da, demək olar ki, yoxdur. Azərbaycanda müəlliflərin və filmlərin azlığı onların bir-birinə oxşarlığına gətirib çıxarır. Çəkilən bütün filmlərə müəllif özü ssenari yazmalıdır. Bizdə bu sahəyə marağın olmaması artıq bizi dünyadan nə qədər geri salır. İndi dünyadakı animasion filmlərə baxarkən, nəinki hərəkətlərin dəqiqliyini, hətta sifətin cizgilərinin dəyişməsinin şahidi oluruq. Məsələn, bunu «Kral Şir», «Nemo», «Şrek» və s. filmlərdə duymaq mümkündür. Məlumdur ki, peşəkar animator həm də qrafist rəssam olmalıdır. «Şrek», «Oyuncaqlar tarixi» və «Həşəratlar ömrü» animasion filmləri daha maraqlı və baxımlı olmalarına baxmayaraq, 100 mln dollar büdcəli «Dinozavr» və «Final fantaziyası» animasion filmlərini ötüb keçə bilmədi...
   Dünya praktikasında animasion filmlərin bütün detalları mütəxəssislər tərəfindən hesablanır. Məsələn, peşəkar rəssam bilir ki, kompyuter qrafikasında onun imkanları hara kimi ola bilər. Ona görə də elə məqamlar var ki, hadisəni vasitələrlə nəql etmək lazımdır. Ümumiyyətlə, hadisələrin yaxşı nəqli və düzgün istifadə edilmiş vasitələr həmişə tamaşaçını özünə cəlb edəcək. Adi bir personajın geyimini dəyişməsi üçün müxtəlif dizaynerlərə sifarişlər verilir.
   Keçmiş sovet multiplikasiyalarına baxanda bəzən bizləri onların özlərindən çox musiqiləri və səsləndirmələri maraqlandırıb. Məsələn: «Vinni Pux»da, «Nu, poqadi»də və «Tıq-tıq xanım»da səsləndirmə, musiqi bizi özünə cəlb edib. Bu multiplikasiyalar əl ilə çəkilmiş şəkillər vasitəsi ilə ortaya çıxıb. İndiki animasion filmlər, demək olar ki, onlardan qat-qat yaxşı effektli və daha rəngarəng çəkilir. Amma nədənsə onların, elə bil, başqa bir ovqatı var.
   İndiki nəsil də yəqin kompyuter şəkillərinin və dizaynın yaratdığı başqa bir hissləri duyur. Bir az sonra, onların özləri kompyuter vasitəsilə yaranmış filmlərə nostalji hisslərlə yanaşacaqlar. 
   
   İntiqam







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar