Dövlət sifarişi ilə “Pozitiv Media”da istehsala buraxılan rejissor Rövşən İsaxın “Aktrisa” layihəsi İlqar Fəhminin “Aktrisa” povesti əsasında ekranlaşdırılır. Filmdə aktrisanın həyat yoldaşı bankir Vaqif Fətəliyev rolunda Fuad Poladov çəkiləcək. Digər rollarda çəkiləcək aktyorlardan Yuri Baliyevin, Şövqi Hüseynovun və Gəncə Dram Teatrının aktyoru İlham Hüseynovun adları çəkilir. Əsas rollardan birini də Rövşən İsax özü ifa edəcək.
   Filmin çəkilişləri əsasən Bakıda və Bakıətrafı ərazilərdə aparılacaq. Filmin quruluşçu operatoru Rövşən Quliyev, bəstəkarları Nazim Əhmədovla Vasif Arifoğlu, ikinci rejissoru Akif Rüstəmov, icraçı prodüseri Əbdülnəsir Qutiyevdir. Filmin baş prodüseri rejissor özüdür. “Aktrisa”nın 2010-cu ilin mart ayına qədər tamamlanması nəzərdə tutulur.
   Dijital formatda çəkiləcək film “Pozitiv Media” istehsal edilir.
   Rejissoun kinozal.az saytına verdiyi məlumata görə, film Azərbaycan kinosu üçün yeniliklərlə zəngin olacaq: “Psixoloji detektiv, dram, triller janrlarını özündə birləşdirəcək “Aktrisa” filmi ilk kadrdan tamaşaçını cəlb edəcək. Filmə çox güclü hazırlıq mərhələsi aparılıb”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar