Müsahibələrinin birində Spilberq 500 ədəd kamera və fotoaparat alaraq Fələstin və İsrail uşaqlarına paylamaq istədiyini deyib. Yəni gördüklərinizi və yaşadıqlarınızı çəkin. Məqsəd isə bundan ibarətdir ki, əslində insanların, xüsusən uşaqların yaşantıları və faciələri arasında elə də bir fərq yoxdur.   

   Analoji təşəbbüs təxminən üç-dörd il öncə BMT tərəfindən göstərilmişdi; eyni qayda ilə çadır şəhərciyinə fotoaparatlar paylanmışdı və qaçqın uşaqlar maraqlı bildikləri kadrları lentə almışdılar. BMT və keçmiş Mədəniyyət Nazirliyinin xətti ilə İncəsənət Muzeyində həmin fotoşəkillərdən ibarət böyük bir sərgi təşkil olunmuşdu. Dövlətin bütün rəsmilərinin iştirak etdiyi tədbirdəki fotoşəkillərin hər biri dəhşətli bir romana bərabər idi. Bu gün qəribə səslənsə də, demək olar ki, adamı dahi edən doğrudan da dərddir. Çoxumuzun canlı olaraq gördüyü və hətta yaşadığı bu səhnələr nədənsə fotoşəkillərdə daha təsirli alınmışdı. Özü də bunu uşaqlar çəkib.
   Bir dəfə də qaçqın uşaqların əl işlərindən ibarət sərgi təşkil olunmuşdu. Bu uşaqlar daha çox ev şəkli çəkmişdilər. Rəsmlərə baxdıqca görürsən ki, dünyada evsizlikdən ağır dərd yoxdu. Dostoyevski yazır ki, bəzən həyatı heç bir redaktə etmədən yazıya köçürmək lazım gəlir. Əlbəttə, bu məşhur fikirdəki «yazı» sözünü «kinolent»lə əvəz etmək lazımdı. Heç kimi olmasa da, feodal problemlərlə avropalıları heyrətə gətirərik. Sırf bizə məxsus olan bir çox keyfiyyətlərin lentə alındığı bu «əsərlər» üçün ən məşhur kinofestivallarda xüsusi nominasiyalar təyin edilər.
   Şamil Süleymanov (aktyor) deyir ki, Cümrü milli kinomuzun ən kədərli obrazıdır. Ancaq bəzən, ilin-günün bu vaxtı, elə divarlara dirənirsən ki, istər-istəməz pıçıldayırsan: «bəxtəvər Cümrünün başına».
   Bizi rasional düşünməyə qoymayan bu qəribə, izahı müşkül olan problemlərdir. Bu problemlər böyüyə-böyüyə Qarabağ düyününü ortaya çıxarıb. Bəzən əksini deyirlər. Deyirlər, guya bütün problemlərimizin başında Qarabağ məsələsi durur. Bu fikri daha dəqiq olmaq üçün belə ifadə etmək lazımdır: bütün xırda-xuruş problemlərimiz Qarabağ problemini əmələ gətirir. Nə qədər ki, bu xırda-xuruşları həll etməmişik, çətin ki, böyük dərdlərimizə bir əncam çəkək. 

   İntiqam







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar