TÜRKSOY təşkilatı tərəfindən türk dünyasının ortaq dəyəri olan "Dədə Qorqud" irsinin dünyada tanıdılması məqsədi ilə müvafiq layihənin həyata keçirilməsinə başlanıb.
Layihə çərcivəsində sənədli təqdimat filminin çəkilməsi nəzərdə tutulur. Filmin çəkilişini Qazaxıstanda fəaliyyət göstərən "TÜRKSOY-a Dəstək Fondu"nun yaradıcı heyəti aparacaq.
Bu məqsədlə Türkiyənin İstanbul, Bayburt, Trabzon və Ankara şəhərlərində çəkilişlər aparan Berik Barışbekovun rəhbərlik etdiyi dörd nəfərlik qrup iyulun 23-də Bakıya gələcək. Yaradıcı heyət xalq yazıçısı Anar və "Dədə Qorqud" eposunu tədqiq edən alimlərlə görüşəcək, sonra isə Naxçıvana yola düşəcək. Qədim Naxçıvan torpağında “Dədə Qorqud”la bağlı olan tarixi abidələr və yer adları filmdə öz əksini tapacaq.
"Dədə Qorqud" sənədli filmi gələn il YUNESKO-da keçiriləcək TÜRKSOY həftəsində nümayiş etdiriləcək.