Dövlət Film Fondunun təşkilatçılığı ilə Azərbaycan kinosunda baş rolun ilk qadın ifaçısı İzzət Orucovanın 100 illik yubileyi qeyd ediləcəkdir.
   Aktrisa cəmi iki kinoda - “Sevil” (1929 ) və “Almaz” (1936) filmlərində baş rollarda çəkilibdir.
   İzzət Orucovanı kinoya Cəfər Cabbarlı dəvət etmişdir. Filmdə əvvəlcədən baş rola Nora Arzumanova təsdiq edilsə də, C.Cabbarlı bu seçimlə “Sevil rolunu azərbaycanlı qadın ifa etməlidir” deyərək razılaşmayıb. Beləliklə, İzzət Orucova kinoda ilk rolunu yaratmışdır.
   C.Cabbarlı “Almaz” pyesi əsasında eyniadlı kinossenari yazmışdır. Filmin rejissoru da C.Cabbarlının özü olmuşdur. Lakin vaxtsız ölum görkəmli dramaturqa bu filmin çəkilişlərini tamamlamağa imkan verməmişdir. Buna baxmayaraq film çəkilmiş və baş rolu da İ.Orucova ifa etmişdir.
   Yubiley tədbirində İzzət Orucovanın həyat və yaradıcılığından söz açılacaq və çəkildiyi filmlər nümayiş olunacaqdır.
   Xatırladaq ki, mühəndislik ixtisası üzrə təhsil alan İzzət Orucova sonradan öz fəaliyyət istiqamətini dəyişərək elmi işlə məşğul olmuşdur. İ.Orucova kimya sahəsində tanınmış alim kimi daha çox şöhrət qazanmışdır.
   İntiqam







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar