Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi “Vətən and yerimizdir” kinossenari müsabiqəsinin artıq ikinci mərhələsi başlanıb.
   İkinci mərhələdə münsiflər heyətinin seçdiyi altı sinopsis dekabrın 15-dək ssenari şəklində təqdim olunmalıdır. Birinci yeri tutmuş ssenari əsasında 2010-cu ildə dövlət sifarişi ilə filmin çəkilişinə təminat verilir. İkinci və üçüncü yerlərə görə pul mükafatı veriləcəkdir. Müsabiqədə yalnız Qarabağa həsr olunmuş ssenarilər qəbul olunur.
  
   İntiqam