“Turan evi” nəşriyyatında çap olunan “Çağdaş Azərbaycan ədəbi qurumları” adlı kitab işıq üzü görüb. Bu kitab Azərbaycan Respublikasının Prezdenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Yeni nəsil Azərbaycan ədəbiyyatının təbliği” layihəsi əsasında nəşr olunub. Kitabı nəşrə hazırlayan Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair Əkbər Qoşalıdır. Kitabda ədəbi qurumlar, dərgilər, qəzetlər, veb-saytlar, muzeylər, poeziya evləri, fondlar, təqaüdlər, mükafatlar, ədəbiyyatşünaslıq, dilçilik və bədii yaradıcılıq üzrə ixtisaslaşmış elmi-tədqiqat ocaqları, nəşriyyatlar haqqında məlumatlar özünə yer alıb.
   
   Fərid