Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” sənədli filmlər studiyasında istehsal olunan “Zəlimxan” filminin çəkilişləri artıq başa çatıb. Ssenarisi Mövlud Süleymanlı və Aydın Dadaşova məxsus olan filmin rejissoru Tofiq Məmmədov, operatoru isə Elxan Rüstəmovdur. Film Azərbaycanın tanınmış şairlərindən olan Zəlimxan Yaqubun 60 illiyinə həsr olunub. Dağıstan, Gürcüstan, Özbəkistan, Qırğızıstan kimi ölkələrin ərazisində lentə alınan filmin çəkilməsində məqsəd, şairimizi bütün türk dünyasının - Türküstanın şairi kimi təqdim etməkdir. Çəkilişlərə artıq yekun vurulub, film montaj prosesinə hazırlıq mərhələsindədir.