Türk dünyasının böyük şairi Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ji il tarixdə anadan olub. Keçməkəşli yaradıjılıq yolu keçib. Qısa, lakin mənalı ömrünü xalqına həsr edib. Zəmanəsinin qəhrəmanı kimi xalqı köləlikdən azadlığa, mütilikdən mübarizliyə, qovuşmağa çağırıb. Özü də elə bir dövrdəki həmin vaxt azadlıq sözünün özü bir vahimə yaradırdı. Haqqın, ədalətin talandığı, haqq səsini çıxaranın səsinin boğulduğu sovet imperiyasının xalqımıza qara əllərinin uzandığı bir vaxtda Xəlil Rza bir azadlıq günəşi kimi parladı. Heç nədən qorxmadan, çəkinmədən əsl vətəndaş şair, kişi jəsarəti ilə AZADLIQ deyə, haray qopardı:
   
   …Azadlığı istəmirəm bir həb kimi, dərman kimi
   İstəyirəm SƏMA kimi!
   GÜNƏŞ kimi!
   JAHAN kimi!
   Üsyankar ruhlu şair belə düşünürdü:
   Vətəndaş olmasa boş şeydir Vətən!
   Beş günlük, on günlük güney qarıdır.
   Vətən məfhumunun özəyindəki
   Vətənin vüqarlı oğullarıdır!

   
   Ötən əsrin 60-jı illərindən başlayaraq şair bir vətəndaş kimi vətənpərvər ideyaları ilə sanki oda-alova dönmüşdü. Açıq-aşkar "Davam edir - 37" söyləyən şairin üsyankar poeziyasından hürkən mürtəje qüvvələr onu izləyərək şairə təzyiqlər göstərməyə başladılar. O, işdən azad edildi və yazılarının çapına qadağalar qoyuldu. Anjaq Xəlil Rza xalqın şairi idi və heç bir senzura onun şimşək kimi çaxan alovlu fikirlərinin, azadlıq mübarizəsinin qarşısını ala bilməzdi. …
   
   …Döyüşüm qəbrədək davam edəjək,
   Sevindirmək üçün yurdu, bəşəri.
   Dəmiri doğrayan polad qayçıtək
   Mənin hər addımım kəsəjək şəri.

   
   Bütün varlığı ilə azadlıq uğrunda çalışıb-çarpışan şair 1988-ji ilin əvvəllərindən başlayan milli azadlıq hərəkatının önündə gedən aydınlarından biri oldu. O, Azərbayjanın bütün bölgələrini qarış-qarış dolaşıb həmvətənlərini ayıq-sayıq olmağa, mübarizəyə səslədi. O, bir ata kimi oğlunu, gözünün nuru Təbrizi bu mübarizəyə hazırlamışdı:
   Bu gün yağış yağır … qorxma yağışdan,
   Tufanda, şimşəkdə bərkimiş janın.
   Sən mənim balamsan, mən sənin atan,
   Biz bir jüt oğluyuq Azərbayjanın!
   
   İllərdi özünü qəfəsdə, zindanda hiss edən şairin, nəhayət əsl məhbəs həyatı başlayır. Amma o, "Vaysınmıram" şeirində, söylədiyi kimi, bunu fajiə qəbul etmir. Çünki şair çoxdan buna hazır idi və bilirdi ki bundan da betər müsibətlər qaçılmazdı:
   
   Mənim kiiçik kameram Azadlıq paytaxtıdır,
   İşıq düşür gözümdən neçə zülmət qəfəsə.
   Adijə iş stolum bir hökmdar taxtıdır,
   Taqqıldadıb divarı oxuyuruq səs-səsə

   
   İşıq düşür gözümdən neçə zülmət qəfəsə, - deyən şair dəmir barmaqlıqlar arasında da əqidəsinə sadiq qalır və alovlu misraları ilə həm də bir tarix yazır. Özü də ULUTÜRK imzası ilə. O həmçinin ağır zindan şəraitində tərjümələr edərək dünyanın poeziya çələngindən doğma vətənə hədiyyələr edir. Bu da millətlərarası münasibətləri "qızışdıran" şairin zindan yaradıjılığı…
   
   Mənim azadlığım yalnız onundur,
   Ölsəm də, yenidən gələrəm jana.
   Dirilik suyutək qovuşa bilsəm,
   Dodaqları yanıq Azərbayjana…

   
   Beləjə nə əzab, nə də ölüm qorxusu sarsıdır onu. Çünki şair "mən" deyəndə bütöv bir xalq kimi hiss edir özünü və "Mən -Azərbayjanam" söyləyir. Elə bu güj, bu inam da onu xilas edir. Doğma vətəndə isə şairin azadlığı uğrunda müdafiə komitəsi mübarizə aparırdı.
   Xəlil Rza Ulutürk Lefortovo həbsxanasının kameralarında 22 ay çəkdiyi əzablardan sonra, nəhayət, bəraət alır və doğma Bakıya qayıdır. Şair vətənə dönəndə Qarabağ müharibəsi daha genişlənmişdi. Onun məsləkdaşı, dostu, sirdaşı və doğma oğlu Təbrizin səsi artıq jəbhələrdən, ölüm-dirim savaşından gəlirdi. Bir gün jiyərparasının Vətən uğrunda şəhid olması xəbərini şair ürəkağrısı ilə qarşılasa da, doğma övladı, Azərbayjanın Milli Qəhrəmanı ilə qürür hissi də keçirir. Axı onlar ata-oğul Vətənə əsgər idilər.
   Xəlil Rza poeziyası və şəxsiyyətindən danışarkən onun həyat yoldaşı, məsləkdaşı, bu gün də şairin irsini yaşadan, əsərlərini nəşr etdirən, jəfakeş Firəngiz xanımı əsla unutmaq olmaz!
   Azərbayjanın injəsənət xadimi, M.F.Axundov mükafatı laureatı Xəlil Rza Ulutürk 1994-jü ildə Bakıda vəfat edib. Ölümündən sonra şair "İstiqlal" ordeni ilə təltif edilib.
   
   Mina RƏŞİD