«Oskar» mükafatından əvvəl ən zəif aktrisa kimi «Qızıl moruq» mükafatına layiq görülən Sandra Ballakla təşkilatçılar arasında narazılıq yaranıb. «Qızıl moruq» mükafatının təşkilatçıları Sandradan xahiş ediblər ki, bir neçə min dollara başa gələn orijinal statuetkanı geri qaytarsın.
Xatırladaq ki, Sandra Ballak bir həftə ərzində həm «Ən yaxşı aktrisa» nominasiyasında «Oskar», həm də «Ən zəif aktrisa» kimi «Qızıl moruq» mükafatına layiq görülüb. S.Ballak «Oskar»ı «Görünməz tərəf» filminə görə almışdısa, «Qızıl moruq» ona «Hər şey Stiv haqqında» komediya filminə görə verilib.
Dünya ulduzları «Qızıl moruq» mükafatını baykot etsə də, Ballak çəkinmədən öz mükafatını almağa gəlib və özü ilə «Hər şey Stiv haqqında» filminin DVD surətlərini də gətirib.
Mükafatın təsisçilərindən olan Con Uilson bildirib ki, Sandranın apardığı «Qızıl moruq» mükafatın neçə illik tarixini özündə daşıyır. «Buna görə də həmin statuetkanı əldə etməkdə israrlıyıq. Adətən mükafatçılar plastik «moruq»la mükafatlandırılır, amma o mükafatın əslini aparıb». Təşkilatçı əlavə edib ki, o, Sandranı ötən ilin ən pis aktrisası olduğunu düşünmür.