Dünya art-bazarının ekspertləri 2007-ci ilin iyulundan 2008-ci ilin iyununa qədər keçirilən 2900 auksionun analizini başa çatdırıblar. "Novıye İzvestiya" qəzeti yazır ki, ekspertlər bu yolla dünyanın əsərləri ən çox satılan rəssamları və heykəltəraşlarının siyahısını hazırlayıblar. Siyahıya Asiyadan olan rəssamlar başçılıq edirlər. Onların böyük hissəsi çinlilərdir. Mütəxəssislər qeyd edirlər ki, bir neçə il sonra "Asiya mədəniyyəti" termini "Qərb mədəniyyəti" termini kimi daha geniş işlədiləcək. Müsbət ticarət saldosuna və xarici valyutanın böyuk ehtiyatlarına malik olan Çin beynəlxalq böhrandan superdövlət kimi çıxacaq. Özü də ki, təkcə iqtisadiyyatda deyil, həm də mədəniyyətdə. Çin artıq müasir mədəniyyət baxımından dünyanın ən inkişaf etmiş dövlətlərindən sayılır. Bunu dünya auksionlarının nəticəsi də göstərir. Art-dünyanın kommersiya baxımından 20 ən populyar nümayəndəsindən 13-ü Asiya təmsilçisidir. Onlardan 11-i Çini, digərləri isə Hindistan və Yaponiyanı təmsil edir. Əsərləri ən çox satılan 10 rəssam və heykəltəraşdan 6-sı asiyalıdır. Onlardan isə 5-i çinlidir. Hələlik ilk dörd yeri qərbli mədəniyyət xadimləri tuturlar: Ceff Kuns, Jan-Mişel Baske, Demien Herst və Riçard Prins. Lakin çinlilərin tezliklə onları üstələyəcəyi istisna deyil. Məsələn, Riçard Prins ötən il 33 milyon funt sterlinq qazanıb. 5-i yerdə gələn çinli Çjan Syaoqanın qazancı isə 32,5 miylon funt-sterlinq olub. Onun artıq gələn il Prinsi keçəcəyi gözlənilir .






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar