"Keçmişdən günümüzə Əhməd Yasəvi" adlı simpoziumun iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdilər. Mahmud Kaşğarlı Fondu, Gəncliyə Yardım Fondu, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi və Türkiyə Cümhuriyyəti Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin birlikdə hazırladıqları "Keçmişdən günümüzə Xoca Əhməd Yəsəvi" adlı layihə çərçivəsində keçirilən simpoziumda Əhməd Yasəvinin ideyaları və prinsiplərinin türk-müsəlman dünyasının birliyi baxımından çox aktual olduğu bildirildi. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Türkiyənin sabiq mədəniyyət naziri Namik Kamal Zeybək, Prezident Aparatı İctimai Siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, Mədəniyyət və Turizim Nazirliyinin nümayəndəsi Çingiz Əlioğlu, millət vəkilləri Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Fazil Qəzənfəroğlu və məruzələr üçün Türkiyədən gəlmiş frof. Hasan Kamil Yılmaz, frof. Mustafa Kara, Avrasiya Yazıçılar Birliyinin mətbuat müşaviri Ömer Kayır və digər tanınmış simalar iştirak etmişdir. Məruzələrdə qeyd olundu ki, 1093-1156-cı illərdə yaşamış Əhməd Yasəvi türk və İslam dünyasının tanınmış şəxsiyyətlərindən biridir. Yəsəvi İslam dəyərlərini türk mədəniyyəti ilə birləşdirməklə türk xalqlarına böyük xidmət etmiş dahi alimdir. Onun bütün şeir və fikirləri "Divani-hikmət" əsərində toplanıb. O, ərəb və fars dilini mükəmməl bilsə də, əsərlərini qədim cığatay-türk dilində qələmə alıb. Bununla da türk dilinin inkişafına böyük töhfə verib. Bakıda təşkil olunan "Keçmişdən günümüzə Əhməd Yasəvi" adlı simpozium da onun irsinin ölkəmizdə daha dərindən öyrənilməsi məqsədi daşıyır. Simpozumda bildirildi ki, Yasəvinin ideyaları və prinsipləri türk-müsəlman dünyasının birliyi baxımından çox önəmlidir. Yasəvinin irsi yetərincə öyrənilsə də, Azərbaycanda hələ də kifayət qədər tədqiq edilməyib. Bu səbəbdən də Türkiyə və Azərbaycan təşkilatları Yasəvini öyrənmək üçün birgə layihə həyata keçirir.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar