“Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi...”
Bir vaxtlar, daha dəqiq desək, 2000-2004-cü illərdə olduğu kimi, bu gün də səhər evdən çıxaraq yollandım düz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində olan İncəsənət Kollecinə - keçmiş Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə. Budur məktəbə çatmışam. Həyatımda ən çox sevdiyim və bağlandığım bir yer... Qapıdan içəri daxil oluram. Yad simalar, tanımadığım tələbələr, özgə baxışlar və s. gözümə görünür. Kollecin divarları, pilləkənləri tavanı və döşəməsi mənə tanışdır. Özü də necə...
Hər dəfə bu məkana gələndə elə bilirəm ki, doğma bir yerə gəlirəm, sanki təhsil ocağına deyil, böyüyüb-başa çatdığım köhnə, lakin köhnə olduğu qədər də əziz və isti bir evə baş çəkirəm. Hələ də burada keçirdiyim tələbəlik illərini unutmamışam, heç bir zaman yaddan çıxarmayacağıma da əminəm. Addımımı kollecin qapısından içəri atarkən qəlbimdəki nostalji hisslər baş qaldırdı. Pilləkənlərlə yuxarıya çıxdım; 3-cü mərtəbəyə qalxdım, üz tutdum beş il bundan öncə rəssamlıq dərsi aldığım doğma sinfimə... Uşaqlığımın ərköyün, nadinc, bəzən sevincli, bəzənsə kədərli xatirələri dəhliz boyu məni müşayiət etdi. Sinfin qapısını açdım - dərs gedirdi. Tələbələrin yarısı rəsmlə, yarısı isə rəngkarlıqla məşğul idilər.
Müəllimimi gördüm: indi artıq 75 yaşlı Kamil Ramazanov... Sevimli müəllimlərimdən biri... Bu adı həqiqi mənada qazanmaq mənim aləmimdə hər şey deməkdir. Canımdan keçə biləcək qədər belə hər şey...
Dərs III kurs rəngkarlıq “b” qrupunda idi. Qrup 9 nəfərdən ibarət olsa da, gözümə cəmi 7 nəfər göründü: qrup nümayəndəsi Hilal Məlikzadə, Leyla Salayeva, Səbinə Vəzirova, Azadə Kərimli, Janna Li, Ülkər Mustafazadə və Ayhan Mansurov. Tələbələrin səmimi, sərbəst və isti münasibəti açıq-aydın duyulurdu...
- Kamil müəllim, dərsiniz necə gedir, hazırkı tələbələrinizdən razısınızmı?
- Tələbələrin çoxu, bir neçəsini çıxmaq şərtlə, vaxtında dərsə gəlirlər. Yaxşı, qaneedici tələbələr var. Hər halda, onların işləri belə deməyə əsas verir, müəllimin fikirlərindən də vacib onların əl işləridir. Hazırda dərs dediyim tələbələrdən Leylanı qeyd edə bilərəm ki, əl qabiliyyəti çox yaxşıdır, işləyə bilir. Ondan əlavə əcnəbi tələbəmiz Janna da çox çalışır, dərsə gəlir. Demək olar ki, çoxundan razıyam. İnanıram ki, bundan sonra onlar rəssamlığı bir az da geniş şəkildə öyrənəcəklər.
- Görürəm ki, tələbələr canlı fiqur işləyirlər. Belə canlı naturaları qurarkən hansı əsas amillərə fikir verirsiniz?
- Biz əlavə anatomiyanı da öyrənirik. Anatomiyasız fiquru olduğu kimi çəkmək mümkün deyil. Çünki fiqurun bədən quruluşu, üzünün cizgiləri - bunlar hamısı natura üçün uyarlı olmalıdır və hər biri o əsas amillərə daxildir. Həmçinin naturalar o qədər maraqlı qurulmalıdır ki, tələbələr onun üzərində işləyə bilsinlər. Əgər natura maraqsızdırsa, onu qurmağın əhəmiyyəti yoxdur. Hazırda bizim sinifdə natura kimi oturan bu cavan qız, doğrudan da, indiki dərsin mövzusuna uyğundur. Bir şey də müsbətdir ki, naturalar vaxtı-vaxtında dərsə gəlirlər. Bu da çox mühümdür.
- Bəs natura qurduqda heç olurmu ki, tələbələrin təkliflərini nəzərə alasınız?
- Bəli, hökmən. Onsuz olmaz. Yəni onlardan soruşuram ki, bax gör sən haradan işləyəcəksən? O da deyir, məsələn, buradan işləyirəm. Deyirəm, gör naturanı bu tərəfdən çəkmək sənə əl verir, işləyə bilərsən, deyir hə. Yaxud digər tələbədən soruşuram, deyirəm təkliflərinizi deyin, naturanın əlini necə quraq, əl belə qalsın, yoxsa başqa cür qalsa yaxşıdır və s. Bunlar olur. Çünki bunlarsız mənası yoxdur natura qurmağın.
- Rəssamlıqda tələbə-müəllim münasibətlərinin necə qurulmasını vacib sayırsınız?
- Tələbə-müəllim münasibəti çox sadə, olduqca sərbəst olmalıdır. Əgər rəssam-müəllimlə tələbələr arasında isti münasibət yoxdursa, onda dərsi aparmağın da heç bir mənası yoxdur. İncəsənətdə münasibətlər də azad və səmimi olmalıdı.
III kurs rəngkarlıq ixtisasında təhsil alan bu tələbələrə sual edəndə ki, müəlliminiz sizi nə dərəcədə qane edir? - hamısı bir ağızdan - “...çox yaxşı, yüzdə yüz qane edir; Kamil müəllim anatomiyanı çox gözəl bilir, bu baxımdan bizə köməyi çox olur, yaxşı öyrədir. Elə müəllimlər var ki, dərsi ötəri başa salırlar, amma Kamil müəllim dəqiqliklə bizə fiqurun hər bir sümüyünün adını söyləyir və necə çəkməyi aydın başa salır. Həmçinin yaxşı, düzgün işləməyi də bizdən tələb edir” - deyə cavab verdilər. Müəllim-tələbə münasibətində tələbələr də dost münasibətini üstün tutdular. Onların fikrincə, müəllimin tələbə ilə səmimi və dostcasına davranışı dərsin canlı keçməsi üçün çox önəmlidir. “Rəssamlıqda gərək sərbəstlik olsun, sərbəst fantaziya, sərbəst fikir...” - tələbələr bu prinsipi bəyəndiklərini vurğuladılar.
Tələbələrin əksəriyyəti kolleci bitirdikdən sonra rəssamlıq təhsillərini daha mükəmməl tamamlamaq üçün sənədlərini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına vermələrini planlaşdırırlar. Elə bax bu məqamda rəssamlıq məktəbinin müdavimi kimi onlara əvvəlcədən öz xəbərdarlıq xarakterli tövsiyəmi verərək dedim: “Biləsiniz ki, akademiyanın nə özü, nə də dərs prosesi sizin indi oxuduğunuz bu kollecin yerini verə bilməyəcək. Zamanında özünüz də bunun şahidi olacaqsınız... Ona görə də indiki tələbəlik illərindən, müəllimlərinizdən, dərsin gedişatından bacardıqca səmərəli istifadə edin. Tələbələrə sənət yollarında uğur diləyib, onlarla sağollaşıram.
Nigar Yunus