Bugünlərdə Ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalı çərçivəsində N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında keçirilən sərginin açılış mərasimi olub. Mərasimdə Lənkəran ŞİH başçısı Süleyman Mikayılov, Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Leyla Axundzadə, Dövlət Rəsm Qalereyasının direktoru Arif İbrahimov, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Muzeyinin direktoru Röya Tağıyeva, Dövlət İncəsənət Muzeyinin direktoru İsrafil İsrafilov və başqaları iştirak ediblər. Sərginin açılışında çıxış edən Lənkəran ŞİH-in başçısı Süleyman Mikayılov respublikamızın sosial-iqtisadi inkişafı çərçivəsində mədəniyyətin və incəsənətin də inkişaf etdiyini qeyd edib, bu sahəyə göstərilən dövlət qayğısından danışıb. İcra başçısı dekorativ-tətbiqi sənətin inkişafının vacibliyini qeyd edərək sərginin Lənkəran da keçirilməsindən razılığını ifadə etmiş və bu sərginin dekorativ-tətbiqi sənətlə məşğul olanlara çox faydalı olacağını bildirib. Sərgidə cənub bölgəsinin 12 rayonu üzrə 500-ə yaxın əl işlərindən ibarət sənət nümunələri nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar