Dövlət Rəssamlıq Akademiyasında Azərbaycanda Almaniya Mədəniyyət Günləri çərçivəsində növbəti sərgi reallaşdı. Tədbirdə Almaniyanın Berlin şəhərindəki İncəsənət Universitetinin prezidenti Martin Renerts, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov da iştirak ediblər. Ədalət Vəliyev qeyd edib ki, sərginin keçirilməsindən əsas məqsəd iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsidir. O, sərginin təşkil edilməsində Almaniyanın Azərbaycandakı səfirinin xüsusi rolu olduğunu diqqətə çatdırıb. Sərgidə Berlindən olan 7 rəssamın əsərləri nümayiş olunur. Tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Per Stankina, Berlin İncəsənət Akademiyasının rektoru Martin Renerts Azərbaycanda bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən söhbət açıblar. Qonaq bundan sonra Azərbaycana tez-tez gələcəyini bildirib. Azərbaycan Rəssamlıq Akademiyası ilə Berlin İncəsənət Akademiyası daha sıx əməkdaşlıq edəcəyik. Qeyd edək ki, Alman rəssamları - Ute Faber, Susanne Knaak, Vera Krikhan, Monika Ortmann, Sabine Şnayder, Hans Stayn, Rene Ştrekerin əsərlərinin nümayiş olunduğu sərgi iyunun 10-na kimi davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar