Türk Mədəniyyət və İncəsənətinin Birgə İnkişafı üzrə Təşkilatının (TÜRKSOY) təşəbbüsü və təşkilatçılığı ilə Türkiyədə rəssamların keçirilən 12-ci görüşü başa çatıb. Tədbir çərçivəsində türk dünyasını təmsil edən 15 rəssam, o cümlədən Azərbaycandan gəlmiş gənc fırça ustası Anar Hüseynzadə Türkiyənin bir sıra şəhərlərindəki sərgilərdə əsərlərini nümayiş etdiriblər. Amasya şəhərində səfərdə olan Türkiyə Prezidenti Abdulla Gül və TÜRKSOY-un baş direktoru Dyusen Kaseinov yekun sərginin rəmzi açılışını bildirən lenti kəsiblər. Türkiyənin dövlət başçısı bildirib ki, bu cür tədbirlər türk dünyası xalqlarının daha da yaxınlaşması, onların bir-birinin mədəni irsini dərindən tanıması baxımından əhəmiyyətlidir. Azərbaycan Mədəniyyət Nazirlyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı mərasimdə iştirak edib.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar