Azərbaycanda aşıq sənətinin kökü çox qədimdir. Bu gün bu sənətin yaşadılması yönündə köklü cəhdləri müşahidə etmək olar. Azərbaycan aşıq sənətinin mahiyyəti türk ruhunun dərin, çoxtərəfli ifadəsidir. Çağdaş dövrdə Azərbaycan aşıq sənətini yaşadanlardan biri - sinəsində çoxsaylı dastanlar, xalq havacatları yatan 73 yaşlı Aşıq Mahmudla söhbətimiz bu barədədir.
- Göyçə kimi əzəli bir türk yurdunda doğulmusunuz. O yerləri necə xatırlayırsınız?
- Göyçə mahalı oğuz türklərinin dədə-babadan məskunlaşdığı tarixi bir yerdir. O yerlərin suyu, əsrarəngiz mənzərəsi, havası adamı saza-sözə bağlayır. Qərbi Azrbaycanda elə bir dağ-dərə yoxdur ki, türklərin adı ilə bağlı olmasın.
Göyçədən 1946-cı ildə ailəlikcə çıxmışam. O zaman mən uşaq idim. Amma həmin kəndlərin adları, o doğma yerlər qətiyyən hafizəmdən.
Həmişə ermənilər türklərin çörəyini yeyib, axırda da nankor çıxıblar.
Göyçə sinəmdə sağalmayan bir yaradı. Oradan köçəndən sonra Tovuzda yaşamışam. Sonrakı inkişafım demək olar, bu bölgə ilə bağlıdır.
- Azərbaycan türk ruhu aşıq sənətində özünün ifadəsini bütünlüklə təsdiq edir. Bu barədə nə deyərdiniz?
- Müxtəlif türk ellərində olmuşam, hər yerdə saza olan doğma münasibəti görmüşəm. Azərbaycan türkləri bildiyiniz kimi, Qarsda da yaşayır. Buradakı türklərlə Qarsdakı türklərin aşıq sənəti arasında çox fərq yoxdur. Hətta ləhcələri də eynidir. Həmişə düşünmüşəm ki, bu sənətin kökləri Azərbaycanda daha dərindir. Bu mənada Azərbaycan aşıq sənətinin inkişafında Göyçə aşıq məktəbinin müstəsna rolu var. Miskin Abdaldan üzü bəri bu sənətin Göyçədə saysız-hesabsız nümayəndələri olub. O da məludur ki, Miskin Abdal Şah İsmayılın sarayında məsləhətçi işləyib.
Şah İsmayılın vəfatından sonra Miskin Abdal gəlib Göyçəyə - Sarıyaqub kəndinə, orada yaşayıb. Sonradan bu nəfəs Ağ Aşığa, Alıya, Ələsgərə və başqalarına keçib.
- Özünüzü sinəsi dolu aşıq hesab edirsinizmi?
- Azərbaycan aşıq sənəti ilə bağlı ustadım nə öyrədibsə götürmüşəm. Özümün də axtarışlarım olub. Təbii ki, aşıq sənəti tükənməz bir xəzinədir. Hesab edirəm ki, bilmədiyim bildiyimdən çoxdur. Amma aşıq sənətinin mayasını qanım-canım hesab edirəm. Əgər bu sənətə dərin məhəbbətim olmasaydı, bu qədər havacatları, dastanları ürəyimə yığa bilməzdim. Bu sərvətləri xalqın yaddaşından yığmışam. Kəndlərə toylara gedirdim, camaat aşıqdan çox şey tələb eləyirdi. Məcbur olurdun ki, hər şeyi öyrənəsən. Ağsaqqallar deyirdi ki, ay bala, filan yerdə düz oxumadın. Gələn dəfə gələndə öyrən. O dövrdə ustadların da tələbi böyük idi.
Əlbəttə, gənclərin qabiliyyətini heç kim inkar eləmir. Amma indiki cavan aşıqlar dastanları öyrənməyə çox da həvəsli deyillər. Çünki toylarda bu dastanları tələb eləyən yoxdur. Təbii ki, xalq ruhuna münasibətdə hamı tələbkar olmalıdır ki, aşıq sənəti də zənginləşsin.
Qabaqlar aşıq məclislərində bir yüngül şeir oxusaydın ağsaqqallar deyərdilər ki, oğlum, bu şeiri get evinizdə oxu, məclis sözü deyil. Həmin aşıq da hesabını götürərdi. Aşıq anlayardı ki, hər sözü məclisdə demək olmaz.
- Azərbaycanda aşıq sənətinin çağdaş inkişafından razısınızmı?
- Son vaxtlar aşıq sənətinə yeni səviyyədə meyil artıb.
Aşıqların son qurultayında bu barədə ətraflı danışıldı. Azərbaycanın cavan aşıqları indi aşıq sənətini daha məsuliyyətlə davam etdirirlər.
- Deyirlər xalq aşığı fəxri adı təsis olunsun. Siz bu təklifə necə baxırsınız?
- Təbii ki, bunun maddi və mənəvi tərəfləri var. Aşığa daha çox mənəvi qayğı gərəklidir. Aşığın özü də mənəvi məsuliyyətini yaxşı başa düşməlidir. Aşıq ilk növbədə özü xalqın aşığı olmalıdır, sonra da xalq aşığı... Aşığın xalqdan sevgi umması yalnız bu zaman ola bilər.
- Azərbaycan aşıq məktəblərini necə təsnif edərdiniz?
- Qafqazın çox yerlərində, Orta Asiyada, İranda, Türkiyədə və başqa ölkələrdə olmuşam. Çoxlu toylar aparmışam. Azərbaycan aşıq məktəbləri arasıda fərq qoymuram. Məsələn, əgər mən Tovuz aşıqları ilə Şirvan aşıqları arasında fərq qoysam, onda aşıq olmaram ki. O da mənim aşığımdır, bu da. Aşıq məktəblərinin müxtəlifliyi də bir gözəllikdir. Standartçılıq olmaz. Gərək aşıq sənətində də bir əlvanlıq olsun. Aşıq Şakiri yaxşı xatırlayıram. Onun səsi olduqca gözəl, ürəyə yatımlı idi. Şakirin avazı o qədər məlahətli idi ki, adamı valeh edirdi. Borçalıda da, Göyçədə də, Muğanda da, Tovuz-Qazax bölgəsində də gözəl səsə malik tanınmış aşıqlar olmuşdur, elə indi də var. Mən onlara hansı məktəbə mənsub olmalarına görə deyil, sənətlərinə görə qiymət verirəm. Aşıq öz istedadına, sənətinə görə tanınır.
Elçin Qaliboğlu