R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində əməkdar rəssam, görkəmli tişə ustası Münəvvər Rzayevanın 80 illik yubileyinə həsr edilmiş sərgi və anım mərasimi keçirildi. Muzeyin zalında sənətkarın əsərləri ilə yanaşı, onun həyat və yaradıcılığını əks etdirən fotolar, məktublar, məqalələr də iştirakçılara təqdim olundu.
   Görkəmli elm və sənət xadimlərinin iştirakı ilə həyata keçirilən tədbirdə M.Rzayevanın əsərlərinin məzmununa və ruhuna uyğun musiqi və şeir parçaları səsləndirildi.
   Tədbirdə Dövlət İncəsənət muzeyinin direktoru İsrafil İsrafilov, AYB-nin mətbuat katibi, şair Ədalət Əsgəroğlu, Rəssamlar İttifaqının heykəltəraşlıq bölməsinin katibi Xanlar Əhmədov, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə müşaviri Melda Araz, yazıçı Aqşin Babayev, heykəltəraş Fəxrəddin Əliyev və digərləri iştirak etdilər.
   Məlumat üçün bildirək ki, Münəvvər Rzayeva yüzə qədər müxtəlif səpkili sənət əsərinin müəllifidir. O, yaradıcılığında ədiblərə xüsusi məhəbbətlə yanaşmış və H.Cavid, S.Yesenin, N.Nərimanov, M.Müşfiqin obrazlarını sevə-sevə yaratmışdır.
   M.Rzayevanın ən son əsəri ümummilli lider Heydər Əliyevin tunc barelyefi olmuşdur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar