Avqustun 18-də Moskvada kuklaçı rəssamların “Azərbaycan-Rusiya” birgə layihəsi başlayır. Bu barədə Azərbaycan Rəssamlar İttifaqından məlumat verilib.
   Layihənin məqsədi tamaşaçıları Azərbaycan və Rusiyanın peşəkar kuklaçı rəssamlarının hazırladıqları bədii kukla sənəti ilə tanış etməkdir.
   Layihə çərçivəsində avqustun 19-dan Moskvada - Mərkəzi Rəssamlar Evində azərbaycanlı rəssamlar Mir Teymur Məmmədov, Elmir Abbaslı, Pərviz Hüseynov, İrina Qundorina və başqalarının hazırladığı bədii kuklaların “Bakı küləyi” adlı sərgisi təşkil olunacaq.
   Rusiya tərəfdən tədbirin əsas təşkilatçısı dünyada ən iri “Vaxtanov” Kukla Qalereyasıdır. Azərbaycan tərəfdən layihəyə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqı rəhbərlik edir.
   Sərgi avqustun 25-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar