Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə Azərbaycanda baş verən soyqırım və faciələri əks etdirəcək rəsm əsərlərinin müsabiqəsi elan olunub. SİA-nın məlumatına görə, bu barədə yerli media nümayəndələrinə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazirin sözlərinə görə, əsərlər bir il müddətində toplanacaq və nəticələri 20 Yanvar faciəsinin 21-ci ildönümü ərəfəsində açıqlanacaq. “Düşünürəm ki, bu təşəbbüs, müsabiqə rəssamlarımızın faciə mövzusuna qayıtmasına böyük təkan verəcək. Artıq möhkəmlənən, çiçəklənən, öz siyasətini layiqli həyata keçirən qüdrətli bir dövlətin sakinlərinin o dövrə baxışı yaradıcı insanların gözü ilə olacaq. Yəqin ki, maraqlı əsərlərin yaradılmasına biz bu cür dəstək vermiş olacağıq”,-deyə Ə.Qarayev bidirib. Nazir qeyd edib ki, müsabiqənin şərtləri yaxın vaxtlarda elan olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar