Antalyada keçiriləcək beynəlxalq incəsənət simpoziumunda ölkəmiz də təmsil olunacaq. 12 ölkənin iştirak edəcəyi tədbirə Azərbaycandan 6 heykəltəraş, 6 keramika ustası, 6 rəngkar qatılacaq. Bu barədə Azərbaycan Rəssamlar İttifaqından məlumat verilib.
Xəbərdə bildirilir ki, simpoziumda incəsənət mövzusunu əks etdirəcək mövzulara toxunulacaq, eləcə də iştirakçı ölkələrin qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
Qeyd edək ki, avqust ayında keçiriləcək beynəlxalq incəsənət simpoziumu 15 gün davam edəcək.