Xalq rəssamı Əzim Əzimzadənin Bakıdakı ev-muzeyinin zəngin ekspozisiyası var. 
   Üzeyir Hacıbəyli, Sidqi Ruhulla, Mirzə Cəlil kimi görkəmli şəxsiyyətlərin qonaq gəlib saatlarla söhbətləşdikləri bu mənzildə 3 mindən artıq eksponat qorunub saxlanılır. Bu eksponatların çoxu rəssamın yaxınları tərəfindən ev-muzeyə təqdim olunub.
   Əzim Əzimzadənin ev-muzeyindən bildiriblər ki, 1968-ci ildən fəaliyyət göstərən muzeydə bir sıra yeniliklər gözlənilir. Yaxın vaxtlarda buradakı əşyaların sırasına görkəmli rəssamın əsərlərindən ibarət yeni bir albom da əlavə olunacaqdır.
   Bu il həm də Azərbaycanın ilk Xalq rəssamı Əzim Əzimzadənin 130 illik yubileyinin qeyd edilməsi ilə yadda qalacaq. Əlamətdar yubileyə muzeyin töhfəsi isə rəssamın 3 mindən artıq əsərinin yer aldığı toplu olacaqdır. Albom Azərbaycan, rus və ingilis dillərində təqdim ediləcək. Ev-muzeydə əsaslı təmir işlərinin aparılması da gözlənilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar