Sərgi Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunub
   
   Kanadanın Toronto və Niaqara şəhərlərində keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində məşhur heykəltəraş, akademik Ömər Eldarovun əsərlərinin fotoşəkillərindən ibarət sərgi açılıb.
   
   Sərgi Heydər Əliyev Fondu, Beynəlxalq Niaqara musiqi festivalı və Kanada Türk Dostluq Cəmiyyətinin dəstəyi ilə təşkil edilib.
   Torontoda “Ümumi sülh naminə mədəniyyətlərin dialoqu” beynəlxalq layihəsi çərçivəsində Ömər Eldarovun əsərlərinin fotoşəkillərindən təşkil edilmiş sərgi böyük maraqla qarşılanıb. Sərgidə türk dünyasının iki böyük lideri - Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, musiqi sənətimizin korifeyləri Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, habelə Füzulinin, Hüseyn Cavidin, Səttar Bəhlulzadənin heykəllərinin fotoşəkilləri nümayiş etdirilib.
   Sərginin təşkilatçılarına minnətdarlığını bildirən Ömər Eldarov vurğulayıb ki, burada əsərlərimin çox az, lakin yaradıcılıq bioqrafiyam üçün olduqca əhəmiyyətli hissəsi sərgilənir. Sərgidə Heydər Əliyevin, Atatürkün və bizim digər dahi həmvətənlərimizin obrazları var. Sərginin keçirilməsi Heydər Əliyev Fondunun dəstəyi ilə mümkün olub. Bu təşəbbüsə minnətdarlıq əlaməti olaraq sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, milli musiqimizin dünyada tanıdılmasında əvəzsiz xidmətləri olan Mehriban Əliyevanın da portreti yer alıb.
   Dünyanın bir çox görkəmli şəxsiyyətlərinin obrazlarını öz sənət əsərlərində əks etdirən Ömər Eldarov Toronto Beynəlxalq Mədəniyyətlərarası Dialoq İnstitutunun fəxri üzvü adına layiq görülüb.
   Kanadada Azərbaycan Mədəniyyəti Günləri avqustun 28-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar