Oktyabrın 15-də Muzey Mərkəzində həvəskar rəssamların və xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət Respublika sərgisi açılacaq. Sərgidə 70-dən çox müəllifin 300-ə yaxın müxtəlif janrda əl işləri nümayiş olunur.
   
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən təşkil edilən sərgidə rəngkarlıq və qrafika əsərləri ilə yanaşı heykəltəraşlıq, xalçaçılıq, zərgərlik, nəqqaşlıq, dulusçuluq, bədii tikmə və digər tətbiqi sənət nümunələrinə geniş yer ayrılıb.
   Beş nominasiya üzrə keçirilən sərgi-müsabiqədə əsərləri xüsusilə fərqlənən müəlliflərə münsiflər heyətinin qərarına uyğun olaraq 1-ci, 2-ci və 3-cü dərəcəli diplomlar, pul mükafatları, fəxri fərmanlar təqdim ediləcək. Sərgi iki gün davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar