Türkiyənin Bitlis vilayətində XIV TÜRKSOY Rəssamlar Görüşü keçirilir
Avqustun 5-də Türkiyənin Bitlis vilayətində XIV TÜRKSOY Rəssamlar Görüşü başlanıb. Avqustun 25-dək davam edəcək tədbir türkdilli ölkələrin müstəqilliklərinin bərpa olunmasının 20-ci ildönümünə həsr olunub. Rəssamların görüşündə türkdilli ölkələrdən 16 fırça ustası iştirak edir.
Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən verilən məlumata görə, bu il 14-cü dəfə keçirilən TÜRKSOY Rəssamlar Görüşündə Azərbaycandan istedadlı rəssam Əlyar Alımirzəyev iştirak edir.
Rəssamların əsərləri tədbirin sonunda TÜRKSOY-a hədiyyə olunaraq təşkilatda saxlanılacaq. Çəkilmiş rəsmlər TÜRKSOY mədəniyyət nazirləri tərəfindən qiymətləndiriləcək və birinci yerə layiq görülən əsərin sahibinə TÜRKSOY tərəfindən 3000 ABŞ dolları məbləğində pul mükafatı veriləcək.
Xatırladaq ki, TÜRKSOY rəssamlar görüşləri 1997-ci il türkdilli ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının toplantısında qəbul olunmuş qərarla keçirilir. Hər il keçirilən görüşlərdə türk dünyasının dörd bir yanından tanınmış və istedadlı rəssamlar iştirak etmişlər. Bu sənət elçilərinin ərsəyə gətirdikləri və bu günə kimi TÜRKSOY-a təqdim etdikləri rəsm əsərlərinin sayı 700-ü keçmişdir. Sayı ildən-ilə artan bu kolleksiyanın zamanla TÜRKSOY Rəsm Muzeyinə çevrilməsi nəzərdə tutulub.
Türk dünyası rəsm sənətini və bu sənət vasitəsilə ölkələrin, xalqların mədəniyyət və incəsənətinin zənginliyini əks etdirən əsərlər dünyanın önəmli mədəniyyət və incəsənət mərkəzlərində sərgilənir, hər dəfə sənətsevərlər tərəfindən böyük maraqla qarşılanır. Görüşlər zamanı çəkilən əsərlərin kataloqları hazırlanaraq mühüm sənət mərkəzlərinə göndərilir.
Qeyd edək ki, avqustun 23-25-də Bitlisin Ahlat rayonunda ənənəvi “Ahlat-Avrasiya Mədəniyyət Görüşü” bayramı keçiriləcək. Budəfəki ənənəvi TÜRKSOY Rəssamlar Görüşü də həmin tədbir çərçivəsində təşkil olunur.