Avqustun 23-də Vəcihə Səmədova adına sərgi salonunda Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə tanınmış rəssam Hafiz Kərimovun fərdi yaradıcılıq sərgisi açılıb. Tədbirdə Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, şair Musa Ələkbərli və başqaları çıxış edərək H.Kərimovun özünəməxsus yaradıcılıq üslubu və bir-birindən maraqlı rəsm əsərləri haqqında müsbət fikirlər söyləyiblər. İlk fərdi sərgisini sənətsevərlərə təqdim edən Hafiz Kərimov iştirakçılara minnətdarlığını bildirib.
   Sonra mərasim iştirakçıları sərgiyə baxıblar. Rəssamın “Naxçıvan mənzərələri”, “Batabat”, “Qızıl payız”, “Çılğın adam”, “İlanlı dağ” və digər əsərlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. 60-dan çox rəsm əsərinin nümayiş olunduğu sərgi 10 gün davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar