Avqustun 12-dən 22-dək Macarıstanın Sazhalombatta şəhərində XVIII Beynəlxalq folklor festivalı keçirilib. Avropada məşhur olan bu festivalda müxtəlif illərdə dünyanın yüzə yaxın ölkəsindən folklor ansamblı çıxış edib. Builki festivala Türkiyə, Fransa, Çin, Rusiya, Kanada, Bolqarıstan, Rumıniya və digər ölkələrdən 20 rəqs kollektivi qatılıb. Festivalda ölkəmizi Masallı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsümovanın rəhbərliyi altında rayonun “Halay” folklor rəqs kollektivi təmsil edib. Bu folklor bayramına Azərbaycan ilk dəfə qatılıb. “Halay” rəqs qrupu festival günlərində Sazhalombatta şəhəri ilə yanaşı, Macarıstanın Tököl və Rakeve şəhərlərində də konsert proqramları ilə çıxış edib. Konsertlərdə Azərbaycanın milli rəqslərindən ibarət rəngarəng proqramlar həm tamaşaçılar, həm də digər iştirakçı ölkələrin rəqs qruplarının üzvləri tərəfindən böyük maraqla qarşılanıb. 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar