Avqustun 24-də Bakıda Qazaxıstana həsr olunmuş fotosərgi açılıb. Qazaxıstanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş sərgi ölkənin müstəqilliyinin 20-ci və Qazaxıstan Konstitusiyasının qəbulunun 16-cı ildönümünə həsr edilib.
Fotosərginin açılış mərasimində Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov müstəqillik dövründə ölkəsinin qazandığı uğurlardan danışıb. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan səfir deyib ki, müxtəlif sahələrdə əlaqələr və Qazaxıstanda böyük azərbaycanlı icmasının mövcudluğu bunu tam sübut edir.