Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə muğam ifaçısı Elnarə Abdullayeva Polşanın Poznan şəhərində keçirilmiş 11-ci Beynəlxalq folklor festivalında ölkəmizi uğurla təmsil edib. 
   E.Abdullayeva bildirib ki, ABŞ, Kolumbiya, Meksika, Böyük Britaniya, Moldova, Braziliya, Pakistan, Bolqarıstan, Çexiya və digər ölkələrin musiqiçilərinin qatıldıqları festivalda “Süsən Sünbül” xalq mahnısını, C.Cahangirovun “Ay qız”, Ş.Axundova “Mehriban olaq” mahnılarını, “Bayatı-Şiraz”, “Şur”, “Mirzə Hüseyn segahı” muğamlarını, “Simayi-Şəms” zərb muğamını ifa edib.
   Minlərlə tamaşaçının izlədiyi festivalda xanəndəmizi balabanda Adil Müslümov, kamançada Ceyhun Muradov, tarda Mehman Mikayılov müşayiət edib.
   Festival çərçivəsində xanəndə Krakov, Qdansk, Vişkuv şəhərlərinin mərkəzi küçə və parklarında şəhərin sakinləri və qonaqları üçün konsert proqramı ilə çıxış edib.
   E.Abdullayeva bundan əvvəl Belarus, Böyük Britaniya, Türkiyə, Mərakeşdə keçirilmiş milli musiqiçilərin beynəlxalq festivallarında ölkəmizi uğurla təmsil edib. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar