Sentyabrın 23-dən 30-dək Norveçdə festival keçiriləcək. Azərbaycanlı rəqqas Tahir Eynullayev də festivalın iştirakçıları arasında olacaq. Bu barədə məlumat verən T.Eynullayev bildirib ki, beynəlxalq klassik musiqi festivalı Oslo, Notoden və Stavanger şəhərlərində keçiriləcək.
   ABŞ, Böyük Britaniya, Braziliya, Pakistan, Bolqarıstan, Çexiya və digər ölkələrin musiqiçi və rəqqaslarının qatılacağı festivalda T.Eynullayev milli rəqslərimizdən “Bəy”, “Turac” rəqslərini nümayiş etdirəcək. T.Eynullayev, həmçinin Stavanger şəhərində həmvətənlərimiz üçün təşkil olunacaq konsert proqramında iştirak edəcək.
   Rəqqasımız bundan əvvəl ABŞ, Böyük Britaniya, İtaliya və Türkiyədə keçirilmiş beynəlxalq yarışlarda ölkəmizi təmsil edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar