İçərişəhərdə fotosərgi
   
   Sentyabrın 21-də İçərişəhərdəki məşhur “Bazar meydanı”nda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə “Neftçilər Günü”nə (20 sentyabr) həsr olunmuş “Azərbaycan neft sənayesi tarixi” adlı fotosərgi açılıb.
   Sərginin 10 stendində XIX əsrin sonlarında “neft bumu”ndan başlamış XX əsrin axırlarına - “Əsrin müqaviləsi” imzalananadək olan dövrdə ölkəmizdə neft sənayesinin inkişaf tarixindən bəhs edən eksponatlar nümayiş etdirilir.
   Tədbirdə bildirilib ki, bu, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş ikinci sərgidir. Milli Musiqi Gününə həsr edilmiş “Bakı tipajları” adlı ilk sərgi sentyabrın 19-da XV əsr memarlıq abidəsi olan Kiçik Karvansarada açılıb.
   “Azərbaycan neft sənayesi tarixi” fotosərgisinin açılış mərasimində Müslüm Maqomayev adına musiqi məktəbinin şagirdləri xalq çalğı alətləri ansamblının müşayiəti ilə Azərbaycan muğamlarından parçalar ifa ediblər.
   Qeyd edək ki, sentyabrın 20-də Bakı Biznes Mərkəzində Azərbaycan neftçisinə həsr olunan daha bir sənət nümayişi - “Neft və təsviri sənət” sənədli filminin təqdimatı keçirilib. ARDNŞ-in Mədəniyyət və Turizm Nazirliyi, “Statoil” şirkəti ilə birgə həyata keçirdiyi multimedia layihəsində XX-XXI əsrlərdə Azərbaycan rəssamları tərəfindən neft mövzusunda yaradılmış və muzeylərimizin fondlarında saxlanılan əsərlərin 3D formatlı rəqəmsal versiyası təqdim edilib.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ARDNŞ və “Statoil” tərəfindən Azərbaycanda mədəniyyət sahəsində yeni layihə həyata keçirilməsini yüksək qiymətləndirib. Qeyd olunub ki, ölkəmizin tanınmış rəssamlarının işlərini müasir texnologiyalara uyğun, rəqəmsal şəkildə təqdim edən sənədli film eyni zamanda yaradıcı insanın neft sənayesinə baxışını əks etdirir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar