Bakıda müasir Avstriya incəsənəti sərgisi açılacaq
   
   Sentyabrın 28-də Azərbaycan Milli İncəsənət Muzeyində “İn Between” müasir Avstriya incəsənəti sərgisi açılacaq. Mədəniyyət və Turizm Nazirliyinin, Avstriya Təhsil, İncəsənət və Mədəniyyət Federal Nazirliyinin və Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə keçiriləcək sərgidə müasir Avstriya rəssamlıq sənətini təmsil edən 36 rəssamın 40-dan çox əsəri nümayiş etdiriləcək.
   Bu rəssamlar Vyana və Berlində yaşayır, Tokio, Nyu-York, London və Şanxayda rəssamlarla işləyirlər. Avstriyanın “İn Between” adlı müasir incəsənət sərgisi bir neçə əsas mövzuya toxunur. Bundan əlavə, ölkənin müasir incəsənətinin azad seçim və ya özünü ifadəetmənin üsullarından ibarət olan mövqelərini nümayiş etdirir. Sərgi indiyədək İsrail, Xorvatiya, Çernoqoriya, Kipr, Macarıstan, Türkiyə, Avstriya, Belçika, Litva və digər ölkələrdə nümayiş etdirilib və böyük uğur qazanıb.
   Sərgi oktyabrın 14-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar