Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə Gəncə şəhərində rəssamların yaradıcılıq emalatxanası təşkil olunub. Nazirliyin Regionlarla iş sektorunun məsləhətçisi Elnur Hüseynovun verdiyi məlumata görə, tədbir sentyabrın 23-dən oktyabrın 2-dək davam edib.
   
   Gəncə Dövlət Rəsm Qalereyasında keçirilən tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, Rəssamlar İttifaqı Gəncə bölməsinin sədri, Əməkdar rəssamı Qalib Bağırov və başqaları çıxış edərək regionlarda mütəmadi olaraq təşkil olunan yaradıcılıq emalatxanalarının əhəmiyyətini vurğulayıblar.
   Tədbir çərçivəsində yerli rəssamlar tərəfindən yeni əsərlər yaradılıb, Gəncə Uşaq Rəssamlıq və İncəsənət məktəblərində Bakıdan gəlmiş rəssamların açıq dərsləri təşkil olunub. Emalatxanada çəkilən 20-dək əsər sərgiləndikdən sonra Gəncə Dövlət Rəsm Qalereyasına təhvil verilib.
   Elnur Hüseynov onu da bildirib ki, dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə hazırda rəssamlar üçün növbəti yaradıcılıq emalatxanası Qazax rayonunda təşkil olunub. Oktyabrın 12-dək davam edəcək emalatxanada çəkilən əsərlər Qazax Dövlət Rəsm Qalereyasına təhvil veriləcək.
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə respublikanın müxtəlif regionlarında rəssamların yaradıcılıq emalatxanaları 2008-ci ildən təşkil olunur. Bu il nazirliyin xətti ilə Lənkəran və Xaçmazda belə tədbirlər keçirilib.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar