Türkiyənin Hatay şəhərində TÜRKSOY-un və Hatay vilayəti valiliyinin birgə təşkilatçılığı ilə Dəfnə festivalı keçiriləcək. TÜRKSOY-un Ankaradakı baş ofisindən bildiriblər ki, oktyabrın 14-dən 16-dək davam edəcək festivalda Azərbaycan, Qazaxıstan və Dağıstanın folklor kollektivləri də təmsil olunacaqlar. Ölkəmizi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Lerik rayonundakı ”Rəfti-uzunömürlülər” folklor və rəqs kollektivi təmsil edəcək.