Qazaxıstanın Aktau şəhərində mədəniyyət festivalı keçirilib
   
   Oktyabrın 5-8-də Qazaxıstanın Manqistau vilayət hakimliyinin təşəbbüsü ilə Aktauda "Xəzər dostluq dənizidir" festivalı keçirildi. Xəzəryanı ölkələrin incəsənət, əl sənətkarlığı ustalarının iştirak etdiyi festivalda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olundu.
   
   Festival çərçivəsində Aktaudakı Dövlət Diyarşünaslıq muzeyində tətbiqi sənət əsərlərinin sərgi-müsabiqəsi keçirildi. Azərbaycanlı ustaların əsərləri sərgiyə gələnlər tərəfindən maraqla qarşılandı.
   Bədii və xalça sapları ilə toxuma ustası Şəhla Əsgərovanın Qazax xalçaçılıq məktəbinin naxış nümunələrindən istifadə etməklə tikdiyi araqçınlar, batika ustası Mehriban Əliyevanın ipək üzərində rəngkarlıq işləri tədbir iştirakçılarında xoş təəssürat yaratdı. Pərvanə Eyyubovanın kağız materiallarından, akvareldən, yağlı boyadan, bədii tikmələrdən, yapmalardan istifadə edərək yaratdığı bədii kompozisiyalar rəngarəngliyi ilə seçilirdi. Nahid Vahabov dekorativ tətbiqi sənət ustası kimi işlərini təqdim etdi. Onun ağac, daş üzərində oyma işləri, balıqqulağılardan qurduğu çiçəklər, çay daşlarından istifadə etməklə yaratdığı əsərlər, xüsusilə də Azərbaycan muğam üçlüyünün musiqi alətləri - kiçik ölçüdə tar, kaman və qavalın çərçivədə nümayişi sərgi ziyarətçilərinin marağına səbəb oldu.
   Namiq Məmmədovun ağac üzərində oyma, keramika, neftlə çəkilmiş rəsmləri də iştirakçıların diqqətini çəkdi. Qız qalası, İçərişəhər və Bakının görməli yerlərini əks etdirən bu işlər təsvirlərə baxan insanlarda xoş təəssürat yaratdı.
   Maraqlı və rəngarəng tədbirlərə səhnə olan festival qonşu ölkələr və qonşu mədəniyyətləri bir araya gətirmək baxımından da maraqlı idi. Azərbaycanlı sənətkarların əl işləri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildi, müsabiqənin diplomlarına layiq görüldü.
   ”Xəzər dostluq dənizidir” festivalı çərçivəsində caz ifaçılarının müsabiqəsi, idman oyunları, həmçinin Xəzəryanı ölkələrin iqtisadi potensialını əks etdirən sərgi və region ölkələri işgüzar dairələrinin əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair “dəyirmi masa\\\" keçirildi. Festival çərçivəsində baş tutan iqtisadi sərginin təşkilində Azərbaycanın Aktaudakı Baş konsulluğunun və Qazaxıstandakı Azərbaycan iş adamları assosiasiyasının da böyük rolu oldu.

   Şahin Məmmədxanoğlu







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar