Oktyabrın 26-da Danimarkanın paytaxtı Kopenhagendə “Womex The World Music Expo” sərgi-festivalı başlanıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə festivalda Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ triosu” da iştirak edir. Ənənəvi olaraq keçirilən festival daha çox dünya etnik musiqilərinin sərgisi xarakterini daşıyır. Azərbaycan festivalda ilk dəfə iştirak edir.
   Hazırda festivalda iştirak edən hər ölkə təmsilçilərinin səsi yazılmış xüsusi CD albomunda Azərbaycanın “Qarabağ şikəstəsi” də yer alıb.
   Oktyabrın 30-dək davam edəcək festivalda Mənsum İbrahimovu əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) müşayiət edir.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar