Zona mərhələlərinə yekun vurulub
   
   Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş uşaq rəqs kollektivlərinin respublika müsabiqəsinin zona mərhələlərinə yekun vurulub. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə Azərbaycanın müxtəlif bölgələrindən uşaq incəsənət məktəblərinin şagirdlərindən ibarət rəqs kollektivləri iştirak edib.
   Sumqayıt, Lənkəran, Ağcabədi, Gəncə, Şəki, Bakı və Naxçıvan şəhərlərində təşkil olunan zona mərhələlərində Abşeron, Bakı, Xaçmaz, Qobustan, Quba, Qusar, Siyəzən, Şamaxı, Ağcabədi, Kürdəmir, Zərdab, Gəncə, Mingəçevir, Daşkəsən, Gədəbəy, Goranboy, Kəlbəcər, Şəki şəhər, İsmayıllı, Qax, Qəbələ, Zaqatala, Füzuli, habelə Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarının uşaq incəsənət məktəblərinin 7-15 yaş arası şagirdlərindən ibarət kollektivləri çıxış edib. Kollektivlər Azərbaycan və dünya xalqlarının rəqslərini təqdim ediblər.
   Qeyd edək ki, respublika müsabiqəsinin təşkilində məqsəd rəqslərdə milli ənənələrin qorunub saxlanılması, rəqs kollektivlərinin yaradıcılıq səviyyəsinin yüksəldilməsi, gənc istedadların üzə çıxarılması və peşəkar inkişafının istiqamətləndirilməsidir.
   Müsabiqə qaliblərinə və fərqlənən kollektivlərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diplom, fəxri fərman, pul mükafatları təqdim olunacaq. Müsabiqə başa çatdıqdan sonra qaliblərin yekun konserti təşkil ediləcək.
   
   Ceyhun






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar